Xoşbəxtlik anlayışı geniş müzakirə edilib.
Manset.az xəbər verir ki, “Zümrüdlə Addım Addım” layihəsində Zümrüd Rüstəmova və klinik psixoloq Lalə Həmidli insanların xoşbəxtlik anlayışını və ona təsir edən amilləri müzakirə ediblər.
Buraxılış zamanı insanların niyə xoşbəxt ola bilmədiyi, xoşbəxtliyi necə qorumaq, sərhədsiz və limitsiz yaşamanın həqiqətən xoşbəxtlik gətirib-gətirmədiyi kimi suallar cavablandırılıb.
Eyni zamanda, doğulduğumuz ailənin, yaxın çevrəmizin və ətraf mühitin xoşbəxtliyimizə təsiri, həmçinin kənar maneələrin mövcudluğu da detallı şəkildə analiz edilib.