Yeniyetməlik bu yaşa qədər davam edə bilər - Alimlərdən qəribə araşdırma 

10:34 - 26 Noyabr 2025

Yeniyetməlik bu yaşa qədər davam edə bilər - Alimlərdən qəribə araşdırma 

Kembric Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada, doğumdan 90 yaşına qədər olan dövrü əhatə edən təxminən 4 min nəfərin beyin skanları tədqiq edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu çərçivədə, beynin neyron əlaqələrinin həyat boyu necə dəyişdiyi xəritələndirilib.

Araşdırmaya əsasən, beyin inkişafı 9, 32, 66 və 83 yaşlarında olmaqla, dörd kritik dövrə ayrılan beş geniş mərhələdə baş verir. Beynin ilk inkişaf dövrü doğumdan 9 yaşına qədər davam edir. Bu müddət ərzində uşağın beynindəki neyronlar arasındakı əlaqələrin əksəriyyəti azalır, lakin daha aktiv olan əlaqələr qorunur.

9-32 yaş arası dövr isə beynin əlaqə şəbəkələrinin ən effektiv olduğu "gənclik dövrü" kimi təsvir edilir. 32 yaşdan sonra isə beyin strukturu əvvəlki dövrlərlə müqayisədə daha sabit bir quruluşa keçir.

66 yaşında başlayan dövr "erkən yaşlanma", 83 yaşında başlayan dövr isə "gec yaşlanma" kimi müəyyən edilib. Bu iki dönüm nöqtəsi, beyindəki əlaqə səmərəliliyində yaşa bağlı sağlamlıq problemləri və ağ maddə strukturundakı pozulmalarla əlaqələndirilib.

Araşdırmanın baş müəllifi Alexa Mousley, "Bu, 20 yaşlarının sonlarında olan insanların hələ də gənc kimi davrandığı anlamına gəlmir. Dəyişən şey beynin inkişaf istiqamətidir." deyə qeyd edib. Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az