Türkiyənin Gümüşhane Universitetində çalışan bir əməkdaş, silahla başqa bir əməkdaşı girov götürüb.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, polis həmin şəxsi inandırmaq üçün səylərini davam etdirir.
Əldə edilən məlumata görə, Gümüşhane Universitetinin Bağlarbaşı kəndində yerləşən əsas kampusunun Mühəndislik və Təbii Elmlər Fakültəsində çalışan və əvvəlki peşəsi mütəxəssis çavuş olan H.T., hələlik bilinməyən bir səbəbdən, eyni fakültədə çalışan D.B. adlı qadın dövlət qulluqçusunu silah ilə girov götürüb.