Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyində 19 oktyabr tarixində baş vermiş imperiya zərgərlik məmulatlarının oğurlanmasına dair istintaq çərçivəsində daha 4 nəfər həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, hadisədən təxminən bir ay sonra aparılan əməliyyat nəticəsində saxlanılan şəxslərlə bağlı məlumatı Paris prokuroru Lor Bekko açıqlayıb. Onun sözlərinə görə, həbs olunanlardan ikisi kişi, ikisi isə qadındır və onların yaşları 31–40 aralığındadır.
Prokurorluq, 19 oktyabrda Luvr Muzeyində törədilmiş oğurluq hadisəsində bu şəxslərin hansı rolu oynadıqlarının hələlik müəyyən edilmədiyini bildirib.