Çindən Yaponiyaya MESAJ - Həddinizi aşdınız!

22:29 - 25 Noyabr 2025

Çindən Yaponiyaya MESAJ - Həddinizi aşdınız!

Çinin Xarici İşlər naziri Van Yi, Yaponiyanın yeni Baş naziri Sanae Takaicinin Tayvana mümkün hərbi müdaxilə ilə bağlı söylədiyi fikirlərdən sonra Tokionu Pekinin “qırmızı xəttini” aşmaqda ittiham edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Van Yi, Takaicinin açıqlamalarını “düşünülməmiş və sarsıdıcı” adlandıraraq bildirib ki, Çin bu bəyanatlara qətiyyətlə cavab verməli, Yaponiyada militarizmin yenidən canlanmasının qarşısı alınmalıdır.

Yaponiyanın Baş naziri Sanae Takaici daha əvvəl bildirmişdi ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edərsə və ya başqa addımlar atarsa, bu, Yaponiya üçün hərbi reaksiyaya səbəb ola biləcək bir vəziyyət kimi qiymətləndirilə bilər.

Çinin Xarici İşlər naziri Van Yi əlavə edib ki, Takaicinin bu açıqlamaları son həftələrdə iki ölkə arasında gərginliyin daha da artmasına gətirib çıxarıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az