“Deyirlər 150 sürətlə sürüb, ağır dərddir” - VİDEO

21:28 - 08 Dekabr 2025

“Deyirlər 150 sürətlə sürüb, ağır dərddir” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda “Lexus” markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib. Hadisədə ölənlərin yaxınları danışıblar.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib:

“Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə sürüb, idarə edə bilməyib. Gənclərə tövsiyəm odur ki, ehtiyatlı olun, bala”.

Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib:

“Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”.

Daha ətraflı süjetdə:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az