“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı sabah Kürdəxanı qəbiristanlığında dəfn olunacaq.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xalq Partiyasının lideri, sabiq baş nazir Pənah Hüseyn məlumat verib.
O bildirib ki, mərhum jurnalist sabah saat 12-də vida mərasimindən sonra Binəqədidə yerləşən evindən dəfnə aparılacaq.
Xatırladaq ki, Əvəz Zeynallı bu gün 56 yaşında vəfat edib. Jurnalist bir müddət idi ki, onkoloji xəstəliklə mübarizə aparırdı.