Sosial şəbəkələrdə Sumqayıtda məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra şagirdlərin zəhərlənməsi barədə səs yazısı yayılıb.
DİN Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, yayılan səs yazısı ilə bağlı araşdırma aparılıb.
Araşdırma nəticəsində səs yazısında səsləndirilən iddiaların təsdiqini tapmadığı müəyyən edilib.
DİN vətəndaşlara müraciət edərək mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymamağa çağırıb.
Xüsusilə uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı bu cür məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaradılmaması xahiş olunub.
Qeyd edək ki, ötən gün Gəncədə, bu gün isə Sumqayıtdakı məktəblərdən birində şagirdlərin kütləvi zəhərlənməsi faktı baş verib.