logo
logo logo
logo

YAP-ın İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE 

17:28 - 02 Oktyabr 2026

YAP-ın İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE 

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VII Qurultayında İdarə Heyətinin yeni tərkibi seçilib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, əvvəlki tərkibdə İdarə Heyətinin üzvü olan 5 nəfər yeni siyahıda yer almayıb.

Yeni tərkibdə olmayan şəxslər bunlardır:

- Vasif Talıbov
- Cavid Osmanov
- Elşad Mirbəşir
- Ramin Məmmədov
- Rövşən Bayramov


Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib. 
Vasif Talıbov 1995–2024-cü illərdə Milli Məclisin deputatı olub.

Elşad Mirbəşir (Mirbəşiroğlu) 2020–2024-cü illərdə Milli Məclisinin deputatı olub. 2019- 2024-cü illərdə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini vəzifəsində çalışıb. Hazırda işsizdir.

Cavid Osmanov 2016–2024-cü illərdə Milli Məclisinin deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən deputat seçilmişdi. 2024-cü ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına daxil edilməyib.

Ramin Bayramov 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilib.
2024-cü ilin aprelində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Hazırda da bu quruma rəhbərlik edir.

Rövşən Bayramov yunan-roma güləşçisidir. O, 2008-ci ildə Pekin Olimpiadasında və 2012-ci ildə London Olimpiadasında gümüş medallara sahib olub.
İki dəfə Avropa çempionu (2007 və 2008-ci illərdə) olub.
Rövşən Bayramov 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü seçilmişdi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az