logo
logo logo
logo

80 aptek yoxlanıldı - 24-də qanun pozuntusu aşkarlandı 

17:40 - 02 Noyabr 2026

80 aptek yoxlanıldı - 24-də qanun pozuntusu aşkarlandı 

2026-ci ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.


Manset.az AEM-dən verilən məlumata görə, bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 79-u planlı, 1-i plandankənar olmuşdur

Bildirilib ki, aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 , 221.1 ,452.1 ,452.2 ,452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az