Gədəbəy rayon icra hakiminin birinci müavini vəzifəsindən azad edilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayevin əmri ilə birinci müavin Natiq Nağıyev tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, N.Nağıyev doqquz il həmin vəzifədə çalışıb.