logo
logo logo
logo

Bakı–Balakən qatarının hərəkəti bərpa edilir

09:50 - 20 Noyabr 2026

Bakı–Balakən qatarının hərəkəti bərpa edilir

Noyabrın 20-dən "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunur.


Manset.az xəbər verir ki, qatar Bakı Dəmir Yolu Vağzalından saat 23:30-da yola düşəcək, saat 08:10-da Balakən Dəmir Yolu Vağzalına çatacaq. Əks istiqamətdə qatar saat 21:10-da hərəkət edərək saat 06:01-də Bakı Dəmir Yolu Vağzalında olacaq.

Bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər avqustun 1-dən müvəqqəti dayandırılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az