logo
logo logo
logo

Körpüdən çaya yıxılan kişi belə xilas edildi - VİDEO

09:15 - 31 May 2022

Körpüdən çaya yıxılan kişi belə xilas edildi - VİDEO

Şəki şəhərinin M.F.Axundov prospektində bir nəfər çayda batma təhlükəsi ilə üzləşib.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” Qaynar xəttinə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Səlimov Adil Əmirəhməd oğlu hündürlüyü təxminən 3 metr olan körpüdən çay dərəsinə yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az