Atdan yıxılaraq xəsarət alan Cəlal Qurbanovun son vəziyyəti - VİDEO

09:22 - 09 İyun 2022

Atdan yıxılaraq xəsarət alan Cəlal Qurbanovun son vəziyyəti - VİDEO

Üç gün gün əvvəl Novxanıda atdan yıxılaraq xəsarət alan nəğməkar-şair Cəlal Qurbanov sağalıb.  

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, şair ötən gün müalicə aldığı Mərkəzi Gömrük Hospitalından evə buraxılıb.

Bu barədə sosial  şəbəkələrdə görüntülər yayılıb. 

Qeyd edək ki, Cəlal Qurbanov 3 gün əvvəl atdan yıxılaraq xəsarət alıb. Təcili olaraq xəstəxanaya aparılan şair reanimasiyaya yerləşdirilib, bir gün orada qaldıqdan sonra palataya köçürülüb.

Səhhəti ilə bağlı BAKU.WS-ə açıqlama verən Qurbanov reanimasiyada olan zaman yaddaşını tamamilə itirdiyini bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az