logo
logo logo
logo

11-ci sinif şagirdi "Son zəng" öncəsi yoxa çıxdı

17:57 - 14 İyun 2022

11-ci sinif şagirdi \"Son zəng\" öncəsi yoxa çıxdı

Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.

 

Manset.az xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb.

Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün "Son zəng" tədbirində iştirak edəcəkdi.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az