Bakıda külək nə vaxtadək davam edəcək?

17:29 - 07 Mart 2023

Bakıda külək nə vaxtadək davam edəcək?

"Dünən Bakıda və Abşeronda temperatur iqlim normasından 9 dərəcə yüksək olub".

 

Bu barədə Manset.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O, qeyd edib ki, bir neçə gündür, ölkə ərazisində küləkli hava şəraitinin müşahidə edilməsinə baxmayaraq, yüksək temperatur rejimi qeydə alınıb: "Belə ki, dünən Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə havanın temperaturu 23-28 dərəcəyədək yüksəlib”.

G.Məmmədovanın sözlərinə görə, keçən il Yel çərşənbəsində havanın temperaturu ilqim normasından 4 dərəcə yüksək olub: "Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Yel çərşənbəsində cənub-qərb küləyinin maksimal sürəti 2020-ci ildə 22 m/san-yə çatıb. Bu gün isə Abşeronda şimal küləyinin sürəti saniyədə 25 metrə çatıb. Axşam külək mülayimləşəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az