“Son günlər Ermənistan öz himayədarlarının fitnəsi ilə həm Azərbaycanla şərti dövlət sərhəddində təxribatlara əl atır, sülhü pozmağa cəhd edir, həm də açıq iftira kampaniyasını genişləndirir. Bu, artıq özünü sülh tərəfdarı kimi təqdim edən Ermənistanın baş naziri Nikol Paşinyanın da geniş miqyas alan təxribatları fonunda artmaqdadır. Paşinyan sentyabrın 7-də hökumət iclası zamanı Azərbaycanı i, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının və beynəlxaql ictimaiyyətə növbəti yalan və uydurma kampaniyasının tərkib hissəsidir”.
Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirib.
A.Hüseynov qeyd edib ki, bölgədə təhlükəsizliyə əsl hədənin Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin hərəkətləri məlumdur.
Millət vəkili bildirib ki, İrəvan bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasını istəyirsə bu cür provakasiyalardan əl çəkməli, Azərbaycana qarşı ərazi iddialarını unutmalı, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalıdır.