Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı AÇIQLANDI

16:44 - 08 Sentyabr 2023

Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı AÇIQLANDI

Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Manset.az-a bildirilib ki, BŞTİ tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

2023-24-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq.

Məktəbəqədər təhsil müəssisələrində 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az