ABŞ Ukraynaya yeni hərbi yardım paketini AÇIQLADI

17:42 - 08 Sentyabr 2023

ABŞ Ukraynaya yeni hərbi yardım paketini AÇIQLADI

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketi açıqlayıb. 

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, yardım paketi ilə bağlı bəyanat ABŞ dövlət katibi Antoni Blinkenin 1 milyard dollarlıq yeni yardım öhdəliyindən sonra gəlib.

Pentaqon bəyan edib ki, elan etdiyi yeni yardım paketi Ukraynanın Rusiyaya qarşı müharibəsində ehtiyac duyduğu silah və sursatları təmin edəcək.

Paket çərçivəsində Ukraynaya hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, elektron döyüş maşınları və minalardan təmizləmə avadanlıqları veriləcək.

Bundan əlavə, paket çərçivəsində Ukraynaya təlim və texniki xidmət fəaliyyətləri üçün dəstək veriləcək. Paket Ukraynaya verilən hərbi yardımın ümumi məbləğini 7,6 milyard dollara çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az