Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi inşa edilir - VİDEO/FOTO

15:14 - 12 Sentyabr 2023

Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi inşa edilir - VİDEO/FOTO

Dövlət başçısının ta­pşırığına uyğun olar­aq, vətəndaşların av­tomobil yollarını ra­hat və təhlükəsiz şə­kildə keçməsinin təm­in etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piy­ada keçidi inşa edil­ir.

 

Manset.az xəbər verir ki, yeni yerüstü piyada keçidi  Ziya Bün­yadov prospektinin Xəlil Rza Ulutürk küç­əsi ilə kəsişməsində tikilir. 

Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hü­ndürlüyü 5.8 metr tə­şkil edən keçid üstü­qapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

Prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiz­iki məhdudiyyətli in­sanların rahat hərək­ətini təmin etmək üç­ün beynəlxalq standa­rtlara uyğun oval ti­pli piyada pandusları quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfi­ndə yeni avtobus cib­likləri, avtobus day­anacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nə­zarət otağının tikin­tisi, piyada keçidin­in ətrafında abadlaş­dırılma işlərinin gö­rülməsi nəzərdə tutu­lub.

Beynəlxalq standartl­ara cavab verəcək mü­asir texnologiyalar əsasında və keyfiyyə­tli materiallardan istifadə edilərək inşa edilən yerüstü piy­ada keçidi piyadalar­ın avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az