logo
logo logo
logo

Azərbaycanda yeni doğulmuş körpə yol kənarına atıldı - TƏFƏRRÜAT (VİDEO)

09:23 - 13 Sentyabr 2023

Azərbaycanda yeni doğulmuş körpə yol kənarına atıldı - TƏFƏRRÜAT (VİDEO)

Salyan rayonunda yeni doğulmuş körpə yol kənarına atılıb.

 

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, bu gün səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və körpə xəstəxanaya təhvil verilib.

Uşaq xəstəxanada dərhal həkim nəzarətinə götürülüb.

Qeyd edilir ki, uşaq müalicə aldıqdan sonra aidiyyəti üzrə təhvil veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az