logo
logo logo
logo

Ağacların qanunsuz kəsildiyi müəyyən edildi

15:30 - 13 Sentyabr 2023

Ağacların qanunsuz kəsildiyi müəyyən edildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi, Nizami, Xətai rayonları ərazisində, eyni zamanda Şəmkir rayonunda ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı ağacların Nəsimi rayonunda “İnvest.M Construction” MMC, Nizami rayonu Q.Qarayev prospektində “REA” MMC, Xətai rayonu Xudu Məmmədov küçəsində “Suqovuşan” ictimai-iaşə obyekti, Şəmkir rayonu Dəllər qəsəbəsində isə vətəndaş Mahirə Məmmədzadə tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az