logo
logo logo
logo

Jurnalist Sara Əzimova məhkəməni uddu - Heydər Oğuz islah işlərinə məhkum edildi

17:00 - 13 Sentyabr 2023

Jurnalist Sara Əzimova məhkəməni uddu - Heydər Oğuz islah işlərinə məhkum edildi

Xüsusi ittiham qaydasında məhkəməyə verilmiş vətəndaş Heydər Oğuzun apellyasiya şikayəti təmin olunmayıb.

 

Manset.az-ın məlumatına görə, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. H.Oğuzun Suraxanı Rayon Məhkəməsinin qərarı ilə böhtan atmaqda təqsirli bilinərək aylıq qazancının on (10) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işlərinə məhkum edilməsi qərarı dəyişdirilmədən saxlanılıb. Məhkəmə qərarın dəyişdirilməsi üçün əsasların olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, Heydər Oğuz Naxçıvan Teleradio Şurasının üzvü, tanınmış jurnalist Sara Əzimova tərəfindən məhkəməyə verilmişdi. S.Əzimova sosial şəbəkə hesabında paylaşdığı məlumatın H.Oğuz tərəfindən şərh edilməsini böhtan hesab edib. Xüsusi ittihamçı jurnalistin əməlinə görə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinməsini istəyib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az