logo
logo logo
logo

Bir çox əraziyə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

17:37 - 13 Sentyabr 2023

Bir çox əraziyə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, neft daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az