Bu rayonların qaz təchizatında fasilə yaranacaq

21:00 - 14 Sentyabr 2023

Bu rayonların qaz təchizatında fasilə yaranacaq

15.09.2023-cü il tarixdə saat 09:00-dan “Qusar-2” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti ilə “Şahdağ TK(QPS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin əlaqələndirilməsi və “Zabrat 1” ölçü qovşağı üzərində quraşdırılmış baypas xəttin birləşmə işləri, həmçinin saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi” QPS-də ölçü qovşağının giriş və çıxış xətləri üzərində olan yararsız siyirtmə və kranın əvəzlənməsi ilə bağlı qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Qusar (böyük hissəsi) və Ağcabədi (tam olaraq) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az