Çilidə 5.9 bal gücündə zəlzələ olub.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə Çili Milli Seysmologiya Mərkəzinin (CSN) məlumat yayıb.
Bildirilib ki, episentri ölkənin Atakama bölgəsindəki Kaldera şəhərində olan 5,9 bal gücündə zəlzələ yerli vaxtla saat 15.13-də və yerin 22 kilometr dərinliyində baş verib.
Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını açıqlayıb.