“Telegram”da pul kisəsi olacaq

15:37 - 16 Sentyabr 2023

“Telegram”da pul kisəsi olacaq

Noyabr ayından etibarən pul kisəsi funksiyası "Telegram” parametrlərində görünəcək.

 

Manset.az xəbər verir ki, bu barədə mesencerin yaradıcısı Pavel Durov öz kanalında məlumat verib.

O, açıqlamasında bildirib ki, kripto pul kisəsinin tətbiqə inteqrasiyası tərtibatçılara mesencerə yüzlərlə yeni faydalı funksiya əlavə etməyə imkan verəcək.

Qeyd edək ki, "Wallet” kripto pul kisəsi funksiyası ilk dəfə 2022-ci ilin yanvarında "Telegram” istifadəçiləri üçün əlçatan olub. Mesencerin noyabr yeniləməsindən sonra yenilik ABŞ və bəzi digər ölkələrdən kənarda olan hər bir istifadəçinin parametrlərində görünəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az