Vitali Balasanyan azərbaycanlı olmaq istəyir

16:14 - 25 Sentyabr 2023

Vitali Balasanyan azərbaycanlı olmaq istəyir

Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Qarabağı tərk etmək niyyətində deyil.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə o, erməni mətbuatına danışıb. 

“Mən 1959-cu il martın 5-də səhər saat 08:00-da Qarabağda anadan olmuşam. Hələ də burada yaşayıram və burada yaşamağa davam edəcəm”, - deyə Balasanyan bildirib.

Azərbaycanın Qarabağ bölgəsini tərk edən hərbçilərə, keçmiş məmurlara və sadə vətəndaşlara gəlincə, Balasanyan bunları əlavə edib: “İndi bu barədə danışmayaq, qoy hər kəs özü qərar versin. Hər kəs harada yaşayacağına özü qərar verir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az