DYP-dən cərimə borcları ilə bağlı sürücülərə MÜRACİƏT: Buna qətiyyən inanmayın - VİDEO

08:51 - 27 Sentyabr 2023

DYP-dən cərimə borcları ilə bağlı sürücülərə MÜRACİƏT: Buna qətiyyən inanmayın - VİDEO

Sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kompaniyaları qismində elanlar təqdim olunur.

 

Manset.az xəbər verir ki, sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır.

Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Elvin Hacıyev "Xəzər Xəbər"ə bildirib ki, "cəriməni buradan ödəyərək endirim əldə et" kampaniyası vədi verən “asancerime.com” səhifəsi ABŞ-də yaradılıb və vətəndaşlar belə vədlərə inanmasınlar.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, cərimələr tez ödənildiyi halda 10 faiz endirim təbiq olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az