Məhkəmə-Hüquq iclasında hakimliyə namizədlərlə fərdi söhbət aparıldı

09:38 - 29 Sentyabr 2023

Məhkəmə-Hüquq iclasında hakimliyə namizədlərlə fərdi söhbət aparıldı

2023-cü il sentyabrın 28-də İnam Kərimovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
 

Manset.az xəbər verir ki, iclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb. Müsabiqəni uğurla başa vurmuş hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Məhkəmə-Hüquq Şurasının üzvləri çıxış edərək, böyük əksəriyyəti gənc nəsil hüquqşünaslardan ibarət olan həmin namizədlərin müxtəlif hüquq sahələrində çalışdıqlarını və gələcəkdə onların ədalət mühakiməsinin və məhkəmə sisteminin inkişafında öz töhvələrini verəcəklərinə əminliklərini bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az