Rusiyada koronavirusa yoluxma halları artır

11:02 - 29 Sentyabr 2023

Rusiyada koronavirusa yoluxma halları artır

Rusiyada COVID-19-a yoluxma hallarında artım var.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko "Rossiya 1" telekanalının efirində bildirib.

Statistikaya görə, Rusiyada bir həftə ərzində COVID-19-a yoluxma halları 22% artıb.

Sentyabrın 18-dən sentyabrın 24-dək Rusiyada 14 435 koronavirusa yeni yoluxma halı aşkarlanıb. 2328 nəfər xəstəxanaya yerləşdirilib, 10327 nəfər sağalıb.

Rusiyanın bəzi regionları COVID-19 və qriplə mübarizə üçün maska ​​rejiminə qayıdıb.

Nazir onu da bildirib ki, hazırda bir sıra respirator viruslar yayılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az