Sərsəng su anbarına Azərbaycan nəzarət edir

16:34 - 29 Sentyabr 2023

Sərsəng su anbarına Azərbaycan nəzarət edir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Manset.az-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib.

Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.

Sərsəng su anbarı1976-cı ildə Tərtərçay çayınının üzərində  tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.

Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az