Yasamalda yeniyetməyə qarşı cinayət törədildi

11:28 - 21 Dekabr 2023

Yasamalda yeniyetməyə qarşı cinayət törədildi

Dekabrın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində bir yeniyetmənin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini 1997-ci il təvəllüdlü R.Əhədzadə müəyyən olunaraq saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az