Əməkdar artistdən açıqlama: “Oğlanlar küçədə arxamca qaçırdılar” - FOTO

21:33 - 06 Yanvar 2024

Əməkdar artistdən açıqlama: “Oğlanlar küçədə arxamca qaçırdılar” - FOTO

Əməkdar artist Hüsniyyə Mürvətova xarici görünüşü ilə bağlı paylaşım edib.

 

Manset.az Olay-a istinadən xəbər verir ki, sənətçi dostlarının onu dəyişdirmək istədiyini, lakin bununla razılaşmadığını bildirib:

"Bir dostum var, həmişə deyir ki, Hüsniyyə gəl sənin imicini dəyişək. Saçını kəsdir, nə bilim üzünə bəzi kiçik toxunuşlar edilsin. Neçə illərdir bu sözləri deyir. Deyirəm yox, mən aktrisayam, qoy, insanlar məni necə görüb qəbul ediblərsə, elə də qalım.
Gəncliyimdən məni uzun saçlarıma görə tanıyıblar. Hətta küçədə oğlanlar yeni-yeni səhnəyə çıxanda, arxamca qaçıb deyirdilər, uzun saçlı aktrisa. Mən yalnız səhnədə müxtəlif obrazlarda dəyişilə bilərəm. Və tamaşaçıları da həyatda deyil, səhnədə, filmlərdə təəccübləndirmək istəyirəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az