Azərbaycanda fəaliyyəti dayandırılan vəkillərin sayı AÇIQLANDI

15:23 - 17 Yanvar 2024

Azərbaycanda fəaliyyəti dayandırılan vəkillərin sayı AÇIQLANDI

Vəkillər Kollegiyasına daxil olmuş şikayətlər əsasında 20 vəkilə töhmət verilib, 9 nəfərinin isə fəaliyyəti dayandırılıb.

 

Bu barədə Manset.az-a Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.

Bildirilib ki, Vəkillər Kollegiyasına dövlət orqanlarından 47, qeyri-dövlət təşkilatlarından 43, vətəndaşlardan 128 şikayət və müraciət daxil olub.

2022-2023-cü illərdə 284 intizam icraatı həyata keçirilib, 117 pozuntu müəyyən olunub, 37 icaatda pozuntu müəyyən olunmayıb, 53-nə qiymət verilməsi mümkün olmayıb. 46 şikayət üzrə İntizam icraatına xitam verilib.

Həmin şikayətlər əsasında 33 vəkilə İntizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilib, 21-nə irad, 20-vəkilə töhmət verilib. Pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə və sair əsaslarla intizam 80 vəkilin intizam icraatına xitam verilib. 46 şikayət üzrə qiymət verilməsinin mümkün olmayıb. 9 vəkilin fəaliyyəti dayandırılıb, 8 vəkil isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az