3 azərbaycanlı alpinist itkin düşdü

16:31 - 17 Yanvar 2024

3 azərbaycanlı alpinist itkin düşdü

Şərqi Azərbaycan əyalətinin Sərab mahalının "Şirmərdan" yüksəkliklərində 3 azərbaycanlı alpinist itkin düşüb.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Sərabın Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat yayıb.

O, alpinistlərin yanvarın 15-də itkin düşdüklərini, Sərab və Təbrizdən olan alpinist və xilasetmə qruplarının onların axtarışına cəlb olunduqlarını bildirib.

Güclü qar yağması və çovğun səbəbindən axtarış işlərinin istənilən səviyyədə aparılmadığı da qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az