“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik

21:02 - 17 Yanvar 2024

“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik

"Telegram" mesencerində maraqlı funksiya işə salınıb. Yenilik audio və videoismarışlarla bağlıdır.

 

Manset.az  oxu.az-a istinadən bildirir ki, artıq istifadəçilər ilk dinləmədən dərhal sonra silinəcək səsli mesajlar göndərə bilərlər.

Bunun üçün audiomesaj yazarkən üzərində "1" rəqəmi olan düymə seçilir, nəticədə alıcı onu yalnız bir dəfə dinləyə biləcək.

Bənzər funksiya videomesajları yazarkən də işləyir.

Bundan əlavə, mesencer istifadəçiləri artıq audio və videomesajların yazılmasına fasilə vermək və sonra onu davam etdirmək imkanı əldə ediblər.

Funksiya tətbiqin yenilənmiş versiyasında mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az