Fələstinin baş naziri Məhəmməd Ştiyye istefa verdi

16:51 - 26 Fevral 2024

Fələstinin baş naziri Məhəmməd Ştiyye istefa verdi

Fələstinin baş naziri Məhəmməd Ştiyye mətbuat konfransında istefa verdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ştiyye istefa ərizəsini prezident Mahmud Abbasa təqdim etdiyini bildirib.

Ştiyye, istefa qərarını 20 fevral çərşənbə axşamı günü Abbasa şifahi şəkildə çatdırdığını vurğulayıb.

İştiyye Qəzza zolağında baş verən proseslər fonunda qarşıdakı dövrdə hökumət səviyyəsində yeni tənzimləmələrə ehtiyac olduğunu bildirib .

Fələstin rəhbərliyini bir inzibati alətə çevirmək üçün səylərin olduğuna diqqət çəkən Ştiyye, Fələstin rəhbərliyinin İsrailin tətbiqlərinə qarşı mübarizəsini davam etdirəcəyini qeyd edib. Ştiyye Fələstin dövləti qurulana qədər İsrailə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az