Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə məlumatı Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında açıqlayıb.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan vətəndaşları 30 gün ərzində Çində vizasız qala biləcəklər.
Kobaxidze, həmçinin qeyd edib ki, sözügedən qərar iki ölkə arasında münasibətlərin dərinləşdirilməsində yeni imkanlar yaradacaq.
Qeyd edək ki, 2023-cü ilin yayında Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq qurulub. Bunun ardınca, Gürcüstan Çin vətəndaşları üçün viza rejimini ləğv edib.
Əfsanə Rəcəb
Manşet.az