ABŞ-ın Minnesota ştatında ötən ilin sentyabrında narkotikin təsiri altında ikən törətdiyi qəzada iki uşağın ölümünə səbəb olan qadın cəzadan qurtula bilməsi üçün günahı əkizi öz üzərinə götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis əkizlərin planını pozub.
Beləki, baş vermiş avtomobil qəzasında 7 yaşlı Vilma Miller və 11 yaşlı İrma Miller bacıları həlak olublar. Qəza zamanı uşaqlar at arabasında olub.
Arabadakı digər uşaqlar yaralanıb, at da ölüb. Sarah Peterson (35) hadisə yerinə gələn polisə sükan arxasında özünün olduğunu bildirib.
Bu vaxt Sarahın eyni əkiz bacısı Samanta da onun yanında idi. Lakin hadisə şahidlərinin ifadələri sürücü üzərindəki şübhələrini artırıb. Çünki şahidlər qadınlardan birinin hadisə yerinə qısa müddət sonra gəldiyini və qadınlardan birinin avtomobildə paltarını dəyişdiyini bildiriblər.
Polis hadisə yerində olan hər iki qadından ifadə alıb və avtomobildən çıxarkən səsyazma cihazını açıq qoyub.
Qadınlardan birinin digərinə “Polislərdən biri məndən şübhələndi” deyib, digəri isə “İkimizin arasındakı fərqi anlamaq mümkün deyil” dediyi eşidilib.
Məlum olub ki, qəza zamanı Samanta metamfetamin təsiri altında olub, ona görə də əkizindən qəzaya görə məsuliyyəti öz üzərinə götürməsini istəyib.
Bu yolla çox az cəza ilə bu cinayətdən qurtulmaq istəyib. Sarah əvvəllər həbs olunub. Bu arada Samanta onun uşaqlarına baxıb.
Məlum olub ki, o, əkizinə borclu olduğunu düşünərək günahı öz üzərinə götürüb. İndi hər iki qadını ağır həbs cəzası gözləyir.
Əfsanə Rəcəb
Manşet.az