Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Çanaqqalanın Biga şəhərində qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Qeyd edilir ki, zəlzələ İstanbulda da hiss olunub.
Jalə
Manşet.az