Bir sıra işgüzar səfərlər üçün İngiltərədə olan Türkiyənin Prezident köməkçisit Cevdet Yılmaz İngiltərə Baş nazirinin müavini Oliver Dovden ilə görüşüb.
Bu barədə Manset.az TRT Haber-ə istinadən xəbər verir.
Görüşlə bağlı sosial şəbəkədə açıqlama verən Yılmaz bu ifadələrdən istifadə edib:
“Görüşümüz zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələr, mövcud əməkdaşlıq və digər potensial sahələr, o cümlədən qarşılıqlı ticarət və investisiyalar, Türkiyə-Birləşmiş Krallıq İqtisadiyyat və Ticarət Birgə Komitəsi çərçivəsində görülən işləri müzakirə etdik. (JETCO). “Qlobal və regional hadisələri müzakirə etdiyimiz görüşdə ölkələrimiz arasında azad ticarət sazişinin genişləndirilməsi, viza rejiminin sadələşdirilməsi, turizm, müdafiə sənayesi və terrorizmlə mübarizə məsələlərini də müzakirə etmək imkanımız oldu”.
Jalə
Manşet.az