Almaniya vətəndaşı olan 44 yaşlı nigeriyalı Conatan A. adlı kişi 24 uşağa qəyyumluq edir və hər il dövlətdən 1,5 milyon avro yardım alır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 24 uşaqdan yalnız bir neçəsi istisna olmaqla, heç biri ona aid deyil, lakin onların qanuni himayədarlığı var.
Almaniyada böyük əks-səda doğuran bu hadisə, bir dövrə damğasını vuran “Qurbetçi Şaban” filmini yada salıb.
Nigeriyalı kişi öz ölkəsində alman nömrəli kabrioletlərlə poza verərək sosial şəbəkələrdə paylaşım edir.
Bahalı avtomobilləri ilə paylaşımlar edən saxta ata özünə “Mr. Cash Money” ləqəbi verib.
Əfsanə Rəcəb
Manşet.az