Cənubi Koreyada iş qayıtmayan həkimlərə qarşı hüquqi tədbir görüləcək

16:52 - 29 Fevral 2024

Cənubi Koreyada iş qayıtmayan həkimlərə qarşı hüquqi tədbir görüləcək

Cənubi Koreyada hökumətin universitetlərə daha çox tibb tələbəsi qəbul etmək planına etiraz olaraq intern həkimlərin tətil etməsi ilə səhiyyədə yaşanan gərginlikdən sonra həkimlərə verilən müddət başa çatıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya Səhiyyə Nazirliyi tətildə olan təxminən 10 min intern həkimdən yalnız 294-nün onlara verilən müddətin son günündə işə qayıtdığını bildirilib.

Ötən gün intern-həkimlərin evlərinə baş çəkərək, onları işə qaytarma əmrlərini əl ilə çatdıran Səhiyyə Nazirliyinin əməkdaşlarının bu əmrə əməl etməyən həkimlər haqqında qanuni tədbirlər görəcəyi öyrənilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az