Kaliforniya ştatında maralı vurmamaq üçün manevr edən sürücü təxminən 400 metrlik uçurumda iki gün mübarizə aparıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sürücü avtomobildə olan parçanı yelləyərkən vertolyotla görünüb və xilas edilib.
Kaliforniya Yol Patrulunun verdiyi açıqlamada, sürücünün orta dərəcəli xəsarətlər aldığı və Salinas şəhərindəki tibb mərkəzinə aparıldığı qeyd olunub.
Əfsanə Rəcəb
Manşet.az