Türkiyədə məhkəmə İsrailin kəşfiyyat agentliyi "Mossad"a məxfi məlumat ötürməkdə ittiham olunan 37 nəfəri 6 ildən 8 ilə qədər həbs cəzasına məhkum edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə 60-a yaxın şəxs ittiham olunub. Onlardan 19-u bəraət qazanaraq azadlığa buraxılıb.
2 nəfər - Ahmet Koray Özquryun və Alperen Erkut 8 il 4 ay həbs cəzası alıb. 35 təqsirləndirilən şəxs 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar “casusluq məqsədilə qadağan olunmuş məlumatları əldə etməkdə” təqsirli bilinib.
Rəsmilər qeyd edib ki, casusluq məqsədilə məxfi məlumatları başqalarına ötürən bütün şəxslər istintaqa cəlb olunacaq.