Ukraynadakı münaqişənin sülh yolu ilə həllini istəməyən qüvvələr Avropada birləşir.
Manset.az-ın əldə etdiyi məlumata görə, bunu jurnalistlərə Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə danışıqlardan sonra bu ölkədə səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto deyib.
O bildirib ki, Avropada sülh istəməyən tərəflər birləşir. "Avropada müharibə tərəfdarları birləşir".