Türkiyə ordusu 3 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə Milli Müdafiə nazirliyi məlumat yayıb.
Bildrilib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncək əməliyyatı” bölgəsində müəyyən etdiyi 2 PKK terrorçusunu, Suriyanın şimalında isə müəyyən etdiyi 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Nazirliyin verdiyi açıqlamada qeyd olunub ki, bütün hava və relyef şəraitində mübarizəmiz fasiləsiz davam edir.