ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar.
Manset.az xəbər verir ki, saziş ABŞ-a Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın işlənməsi üçün yeni investisiya layihələrinə imtiyazlı çıxış imkanı verəcək.
Məlumatda bildirilib ki, Ukrayna və ABŞ rəsmiləri mətn üzərində həftələrlə müzakirə apardıqdan sonra bu həftənin əvvəlində ukraynalı nümayəndə heyəti yekun detalları dəqiqləşdirmək üçün Vaşinqtona səfər edib.
Hər iki tərəf əsas mətnin üzərində üzərində razılığa gəliblər. Lakin ayrı-ayrı mətnlərdə yazılmış texniki detallar yenidən müzakirə olunub.