DİQQƏT! Evlənmək istəyənlər psixoloji yoxlamadan keçəcək

11:00 - 17 Sentyabr 2025

DİQQƏT! Evlənmək istəyənlər psixoloji yoxlamadan keçəcək

Türkiyədə evlənmək istəyən cütlüklər üçün yeni dövr başlayır. Artıq cütlüklər psixoloji müayinədən də keçəcəklər.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, həm boşanma hallarını azaltmaq, həm də ailə institutlarını gücləndirmək üçün nikahdan əvvəl icbari maarifləndirmə və psixoloji monitorinqin həyata keçirilməsi nəzərdə tutulur.

Cütlüklər evlənərkən sağlamlıq müayinəsindən keçəcəklər.

Məqsəd qurulacaq məsləhət mexanizmi ilə potensial problemləri ilkin mərhələdə müəyyən etməkdir.

Münaqişə yaşayan cütlüklərə yalnız nikahdan əvvəl deyil, evləndikdən sonra da təlimat veriləcək.

Birincisi, problemlər həll olunacaq, boşanma qaçılmaz olarsa, tərəflərə düzgün istiqamət veriləcək.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az